Bakıda iki nəfəri maşında güllələyən şəxs tutuldu - DİN-dən açıqlama

img

29-12-2018 [15:51]


 Daxili İşlər Nazirliyi (DİN) Bakıda maşında iki nəfəri güllələyən şəxsin həbsi ilə bağlı məlumat  yayıb.

Mia.az DİN-ə istinadən xəbər verir ki, dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə "Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk edib:

"Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölmüş, A.Bağırovun isə vəziyyəti orta-ağırdır.

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə Rayon Polis İdarəsinə gedib və cinayəti törədərkən istifadə etdiyi "AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib".

Z.İsmayılov tutulub, silahı evdən götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR