Taleh Xasməmmədov həbs olunub - DİN açıqlama yaydı

img

29-12-2018 [15:44]


"Dekabrın 27-də əldə olunmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən kafelərin birində Bakı şəhər sakini olan bir nəfəri barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1000 manat pul alarkən Göyçay şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov saxlanılıb".

DİN-in mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, T.Xasməmmədov ölkədə hüquq müdafiəçisi kimi tanınır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR