Bakıda iki gənci maşında güllələdilər - Dəhşətli hadisə + VİDEO

img

28-12-2018 [08:59]


Bakının Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.

Mia.az "Baku.tv”yə istinadən xəbər verir ki, gecə saatlarında 10-TO-170 dövlət nömrə nişanlı "Hyundai Elantra” markalı avtomobildə 2 nəfər güllələnib.

Həmin şəxslər 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırovdur.

T.Babayev hadisə yerində dünyasını dəyişib. A.Bağırov isə ağır yaralı halda 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona mədə divarınn açıq güllə yarası diaqnozu qoyulub.

Hadisənin kim və ya kimlər trəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

*** 
Bakıda baş verən güllələnmə hadisəsilə bağlı cinayət işi başlanıb.

Mia.az trend-ə istinadən xəbər verir ki, faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR