Goranboyda maşın traktorla toqquşub, 5 nəfər yaralanıb

img

23-12-2018 [23:04]


Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş vermiş yol qəzası nəticəsində yaralıların sayı artıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Yevlax rayon sakini İsmayılov Famil İldırım oğlunun idarə etdiyi "Lifan" markalı avtomobilin traktorun qoşqusuna çırpılması nəticəsində sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb.

Bunlar onun 1970-ci il təvəllüdlü qardaşı İsmayılov Elburus İldırım oğlu, 1965-ci il təvəllüdlü İsmayılova Xurmayə Maşallah qızı, 2004-cü il təvəllüdlü İsmayılov Vüqar Elburus oğlu və İsmayılov Ramiz Famil oğludur. Onların vəziyyətinin normal və qənaətbəxş olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR