Azərbaycanda qandonduran hadisə: 8 yaşlı uşaq özünü asdı

img

22-12-2018 [21:09]


Zaqatalada intihar hadisəsi baş verib.

Mia.az-ın report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Zaqatala şəhər sakini, 2010-cu il təvəllüdlü E.Əhmədovun meyiti yaxınları tərəfindən şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb. 8 yaşlı E.Əhmədovun intihar etməsinin səbəbi hələ ki, məlum deyil.

İlkin məlumata görə, onun intihar etdiyi ev bibisigilə məxsusdur. Qonşuluqda yaşayan E.Əhmədov axşam saatlarında bibisigilə gəzməyə gedib. 

Bu gün, həm də onun bacısının doğum günüdür.

Faktla bağlı Zaqatala rayon Pokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR