Gəncədə maşın vuran tələbələrin ADLARI

img

22-12-2018 [10:25]


Gəncə şəhərində avtomobillə vurulan piyadaların kimliyi məlum olub.

Mia.az-ın "Report"a istinadən məlumatına görə, bunlar Tərtər rayon sakinləri - 1993-cü il təvəllüdlü Mehdiyev Mehdi Rövşən oğlu və 1993-cü il təvəllüdlü Tufanlı Həsən Zaur oğludur.

Hər iki piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.

M.Mehdiyev Gəncədəki universitetlərdən birinin 3-cü kursunda, H.Tufanlı isə 2-ci kursunda oxuyur.

Qeyd edək ki, hadisə dekabrın 21-də axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib. Tələbələri "Seat Toledo" markalı avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR