Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı

img

08-12-2018 [11:49]


Nyu-Yorkun məşhur "Davidzon Radio"sunun "Karavan" verilişinin budəfəki sayı Azərbaycanın Xalq artisti Rəşid Behbudova həsr edilib. Veriliş dünən axşam Bakı vaxtı ilə saat 23:00-da canlı olaraq yayımlanıb.

Verilişdə məşhur sənətkarın həyat və yaradıcılığından söhbət açılıb, repertuarından mahnılar səsləndirilib.
Rəşid Behbudov musiqisinin pərəstişkarları canlı verilişi http://www.davidzonradio.com/index620.php bu link vasitəsilə dinləyə bilərlər.

Qeyd edək ki, Nyu-York radiosu ilə yayımlanan "Karavan" verilişinin 10 ildir aparıcısı və müəllifi Boris Avezovdur. Ölkəmizi çox sevən müəllif öz verilişlərində tez-tez Azərbaycan musiqisindən, mədəniyyətindən, incəsənəti və tarixindən bəhs edən buraxılışlar təqdim edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA