Ermənistan MN əməkdaşı qəza törətdi - 3 hərbi polis yaralandı

img

30-11-2018 [16:24]


Ermənistan Müdafiə Nazirliyinin tərkibindəki Hərbi Polisin əməkdaşlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Qəza İrəvan-Sevan-İcevan avtomobil yolunun 103-cü kilometrliyində baş verib.

Hərbi polisin idarəetməni itirməsi nəticəsində "Mercedes” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq çaya düşüb.

Nəticədə 3 nəfər ağır xəsarət alıb.

Qeyd edək ki, qəza nəticəsində yaralanan şəxslər Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin əməkdaşlarıdır.

Hadisə ilə bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR