"5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb" - FHN "zapravka"dakı yanğınla bağlı açıqlama yaydı

img

29-11-2018 [17:22]


Tərtər rayonunun Qaradağlı kəndində "PAT OİL” yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı doldurularkən çənin üst qapağında partlayış nəticəsində alışma baş verib.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, nəticədə çənin üst hissəsi, üzərində quraşdırılmış, ümumi sahəsi 120 m² olan talvar və 15 p.m elektrik kabeli yanıb:

"Hadisə zamanı yanacaqdoldurma məntəqəsində işləyən 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeraltı çənlər və digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır".

Digər xəbərlər
SON XƏBƏRLƏR