Türkiyədə hərbi helikopter binaya çırpılıb, küçəyə düşdü - 4 əsgər həlak oldu, yaralı var + FOTO

img

26-11-2018 [14:09]


 Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Mia.az  NTV kanalına istinadən bildirir ki, hadisə İstanbul şəhərinin Sancaktepe rayonunda baş verib.

Belə ki, havalanan helikopter binanın damına toxunaraq, küçəyə çırpılıb.

Qəza nəticəsində 4 hərbçi şəhid olub,  biri ağır yaralanıb. Hazırda yaralı əsgərin xəstəxanada əməliyyat olunduğu bildirilib.

Baş vermiş hadisə ilə bağlı Ərdoğan açıqlama verib. O, şəhid olan 4 əsgərə Allahdan rəhmət, yaralıya isə şəfa diləyib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR