DİN : Son iki gündə 216 cinayət törədilib

img

26-11-2018 [09:50]


Ötən həftəsonu daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 216 cinayət faktı qeydə alınıb, onların da 30-u "isti izlər”lə açılıb.

DİN-in Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 216 cinayət faktı qeydə alınıb, onların da 30-u "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR