21-11-2018 [12:44]
Noyabrın 21-də Bakıda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaianın iştirakı ilə üçtərəfli görüş keçirilir.
Mia.az xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılır.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın ordu rəhbərlərinin üçtərəfli toplantısı dövlətlərimizin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir.
"Bu toplantını üçüncü dəfədir keçiririk. Görüşün əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olması, üç dost və qonşu dövlətin həyata keçirdiyi strateji-iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlığın dərinləşməsidir. Əminəm ki, bu toplantı yüksək səviyyədə keçiriləcək”.
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia qeyd edib ki, "bizim əlaqələrimizin böyük tarixi var. Biz regionda strateji tərəfdaşlarıq. Strateji tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlığımız çox mühümdür. Regionda həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin edilməsi üçün bu əməkdaşlıq uğurla davam edir. Başa düşürük ki, bu, çox əhəmiyyətli görüşdür”.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler qardaş Azərbaycanda olmaqdan məmnunluğunu bildirərək deyib ki, "bu gün üç dost və qardaş ölkənin Silahlı Qüvvələrinin komandanlığı mühüm toplantını keçirmək üçün bir araya gəliblər. Bu, bizim üçüncü görüşümüzdür. Bir-birimizlə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirərək bölgədəki vəziyyəti müzakirə edəcəyik. Hərbi əlaqələrimiz mükəmməl şəkildə genişlənir. Strateji səviyyəyə çatmış hərbi əlaqələrimizi daha da inkişaf etdirmək üçün üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışacağıq. İnanıram ki, bu gün keçirilən görüşdə çox vacib nəticələr əldə edəcəyik”.
***
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub