13-11-2018 [21:30]
Prezident İlham Əliyev noyabrın 13-də Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə görüşüb.
Mia.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı Peter Pelleqrinini Slovakiyanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Peter Pelleqrininin Baş nazir kimi ilk dəfə Azərbaycana səfər etməsindən və bu yüksək vəzifəyə təyin olunduğu az vaxtdan sonra ölkəmizə gəlişindən məmnunluğunu bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Peter Pelleqrininin Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin inkişafı üçün əlverişli imkan yaradır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Slovakiya münasibətləri ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı baxımından da önəmlidir.
Dövlətimizin başçısı bu ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında Brüsseldə paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədini Avropa İttifaqı tərəfindən Azərbaycanla əlaqələrə verilən önəmin göstəricisi kimi dəyərləndirib.
Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini xoş sözlərə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq edib. O, Baş nazir kimi Azərbaycana birinci dəfə səfər etməsindən məmnunluğunu bildirərək bundan əvvəl parlament spikeri vəzifəsində çalışarkən Avropa Oyunları zamanı ölkəmizə gəldiyini vurğulayıb. O, bu mötəbər beynəlxalq tədbirin böyük uğurla təşkil olunduğunu deyib. Qonaq ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunaraq bu səfəri zamanı Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunun önəmini qeyd edib və bunun iqtisadi sahədə əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verəcəyini vurğulayıb.
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar