Jurnalist mənzilinin qarət edilməsindən danışdı: "Məsələ Daxili İşlər Naziriyi rəhbərliyinin nəzarətindədir"

img

06-11-2018 [14:23]


"Mənzilimdəki qarətlə bağlı Yasamal Rayonu Polis İdarəsinin 29-cu polis bölməsində əməliyyat -istintaq tədbirləri başlayıb". 

Mia.az bildirir ki, bu barədə "Gununsesi.org” saytının Baş redaktoru Pərviz Həşimli Fyesbuk-dakı səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bu cinayət faktı Daxili İşlər Naziriyi rəhbərliyinin nəzarətindədir: "Belə ki, hadisənin ictimailəşməsindən sonra Daxili İşlər Nazirliyindən ayrıca qrup polis bölməsində olub. Mənimlə və bölmə rəisi ilə söhbətdən sonra mənzilimə baxış keçirilib. Müəyyən izlər götürülüb. Cinayətkarların tapılacağına ümid edirəm".

 Xatırladaq ki, bir neçə gün əvvəl jurnalistiun evindən oğurluq oub.  P.Həşimli həmin zaman belə açıqlama vermişdi: "Mənzilimdən oğurluq olub. Kompüterlər, printerlər, suvenirlər… Hələlik gözümə dəyən bunlardır. Qapıya açar salıb açmaq istəyəndə, gördüm ki, açıqdır. İçəri daxil olanda qarışıqlıq gördüm. Yeni mənzildi deyə, bura ofisimə aid əşyaları yığmışdım. Evdəki ehtiyat açarları da aparıblar”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR