Prorektorun otağından 430 min oğurlayanların şikayəti rədd olundu - Məhkəmə prosesi

img

05-11-2018 [11:23]


 Sumqayıt Apellyasiya Məhkəməsində Bakıda prorektorun pulunu oğurlayan şəxsi oğurlamaqda təqsirləndirilən Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, 2017-ci ildə Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasov və Vüqar Vəliyev Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat olan seyfi oğurlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ələkbərov 7 il, P.Quliyev, R.Abbasovun hər biri 9 il, V.Vəliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttiham aktına əsasən, təqsirləndirilən Ş.Nağıyev digər şəxslərlə birlikdə, qohumu Pərviz Quliyev tərəfindən 2016-cı ilin yanvarında Odlar Yurdu Universitetindən külli miqdarda pul oğurlanması haqqında məlumat alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Nağıyev 11 il, A.Əliyev 10 il, Ş.Nağıyev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR