Nərimanovda kafedə faciəli yanğın - 3 nəfər tüstüdən boğulub öldü

img

03-11-2018 [11:42]


Bakının Nərimanov rayonunda faciəli yanğın hadisəsi olub. 

Mia.az FHN-ə istinadən bildirir ki, Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafenin yanar konstruksiyaları 10 m² sahədə yanıb:

"Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib".

FHN bildirib ki, kafenin qalan hissəsi yanğından mühafizə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR