17-10-2018 [12:34]
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi "Daewoo” markalı 208 saylı xətt avtobusu paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi "MAN” markalı məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub.
Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, nəticədə yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində ölüb.
Qəzadan sonra sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov hadisə yerindən yayınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə sürücülük vəqisəsinin belə olmadığı məlum olub.
Bu səbəbdən sürücü Ş.Cəfərova müvafiq sənədləri olmadan sərnişin avtobusunu idarə etmək üçün verən "Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri Kamil Məmmədov da saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 265-1.2 (ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Artıq Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov barəsində 4, "Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri K.Məmmədov barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qəza isə bağlı əlavə istintaq tədbirləri davam etdirilir.
Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bütün şirkətlərə tövsiyyə olunur ki, insan ölümünə səbəb olan bu cür qəzaların qarşısını almaq üçün avtobusları sürücülük vəsiqəsi və müvafiq kateqoriyası olmayan sürücülərə etibar etməsinlər. Əks halda həmin şirkətlərin məsul əməkdaşları da qanunla nəzərdə tutulduğu qaydada məsuliyyətə cəlb olunacaqlar.
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi