09-10-2018 [16:37]
"Mən "Azərbaycanda işsizlik problemi yoxdur” şəklində ifadə işlətməmişəm. Əgər ölkənin rəsmi statistikası göstərirsə ki, beş faiz civarında işsizlik var, necə deyə bilərəm ki, işsizlik yoxdur? İndi desək ki, biz öz vətəndaşlarımızı tamamilə işlə təmin etmişik, xaricdən işçi dəvət edirik, bu, tamamilə absurd olardı. Heç bir normal insan bu şəkildə ifadə səsləndirməz”.
Mia.az xəbər verir ki, bu sözləri "Qafqazinfo”ya açıqlamasında deputat, YAP İdarə Heyətinin üzvü Aydın Hüseynov ölkədə işsizlik probleminin olmaması ilə bağlı çıxışının sosial şəbəkədə tənqid edilməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, mətnə qoyulan başlığa görə məsuliyyət daşımır: "Mən mətnin içində dediyim cümlələrə məsuliyyət daşıyıram. Başlığa çıxarılan ifadə mətndə yoxdur. Bu gün ölkədə beş faiz civarında işsizlik var. Prezident İlham Əliyevin də həyata keçirdiyi siyasətin ən böyük istiqaməti ondan ibarətdir ki, ölkədə işsizlik səviyyəsi minumuma endirilsin. Azərbaycanda hazırda çox böyük layihələr həyata keçirilir. Bu bizə onu deməyə əsas verir ki, yaxın gələcəkdə işsizlik problemi aradan qaldırılacaq. Hər il 100 mindən çox iş yerləri açılır. Son 15 ildə 2 milyona yaxın iş yeri açılıb. Azərbaycanda gələcəkdə çox böyük iş yerləri olacaq. Belə olanda da xaricdən də Azərbaycanın əmək bazarına üz tutulacaq. Ələt İqtisadi Zonasında çoxlu iş yerləri açılacaq. Burada əcnəbilər üçün də iş yerləri olacaq. Ölkəmiz elə inkişaf etsin ki, vətəndaşlarımız işlə təmin olunsun, eyni zamanda xaricdən də işçi qüvvəsi ölkəyə gəlsin”.
Xatırladaq ki, A. Hüseynovun mediada yayılan açıqlamasında Azərbaycanda işsizlik probleminin demək olar ki, qalmadığı bildirilir: "Ölkəmizdə işsizliyin səviyyəsi 5 faizdən aşağıdır. Əgər kimsə hesab edirsə ki, Azərbaycanda iş yerlərinin sayı azalır, onlar səhv fikirləşirlər. Əksinə, Azərbaycanda iş yerləri daha da çoxalır. Yaxın gələcəkdə bu daha da çox olacaq. Hətta, yaxın gələcəkdə Azərbaycanda işçilərə ehtiyac yaranacağı üçün biz ölkəmizdə əmək bazarına xarici ölkələrdən insanları dəvət edəcəyik.
Qubad İbadoğluna elektron qolbaq taxılıb
İnəkdən quş qripinə yoluxan var - "Gözləri qıpqırmızı olub"
Neft Fondu əməkdaşları 3 günlük istirahətə 118 min manat xərcləyəcək
Qohumlarını vəzifəyə yığan sabiq nazir indidə belə danışır: "Qabiliyyəti, bacarığı olanı təyin etmək lazımdır, qohumları yox..." - VİDEO
Partiya sədri: "İstəyirlər ki, Rusiya ilə düşmən olaq" - MÜSAHİBƏ
“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb
Keçmiş baş həkimlə şöbə müdiri yenidən hakim qarşısına çıxarılır
BMT rəsmisi: "Bizim əməkdaşları lüt soyundurublar..."
Nazir prezidenti "narkoman" adlandırdı, sərt cavab gecikmədi: "Get, Baş nazirin arvadının korrupsiyası ilə məşğul ol!"
ZİYANLI VƏRDİŞLƏR (IV YAZI)
Heyətə alınmayan Bonuççidən paylaşım - FOTO
Məşhur müğənni qəza törədib - FOTOLAR
Rusiya MN açıqladı: "Daha bir qəsəbəni ələ keçirdik"
İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi: "Artıq Rəfaha girməkdən başqa yol qalmır.."
ABŞ Qəzzaya havadan yardım atıb - 7 bağlama isə dənizə düşüb
Şeron Stoun: ""Kurtlar Vadisi"ndə ingiliscə bilən yox idi..." - Ssenari müəllifindən reaksiya (FOTOLAR)
Tuncay Şanlı istefaya göndərildi
Acun Ilıcanın sahibi olduğu komandanın arzusu "gözündə qaldı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı