28-09-2018 [11:04]
"2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı”nda vergi dəyişiklikləri nəzərdə tutulub.
Bu barədə Mia.az-a danışan iqtisadçı Vüqar Bayramov nəzərdə tutulan vergi dəyişiklikləri ilə bağlı şərh verib.
Sadələşdirilmiş vergi nə vaxt ləğv ediləcək?
Ekspert bildirib ki, ən çox soruşulan məsələ sadələşdirilmiş vergi sisteminin ləğv edilib-edilməməsi ilə bağlıdır:
"Proqrama əsasən, sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzlənməsi və bu vergi dərəcəsinin diferensiallaşdırılması nəzərdə tutulur. Belə ki, sənədə görə Vergilər Nazirliyi sahibkarların sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçirəcək və müxtəlif sektorlara ölçüsündən asılı olaraq onlar üçün mərhələli yanaşma planı tərtib ediləcək. Bu o deməkdir ki, sadələşdirilmiş vergi ödəyicilərinin mərhələli şəkildə differensial vergi ödəyəcəsinə çevrilməsinə çalışılacaq. Sənəd birmənalı şəkildə sadələşdirilmiş vergi sistemin ləğv ediləcəyini vurğulamasa da differensial vergi sisteminə keçid xüsusi tədbir kimi nəzərdə tutulur. Bu isə o deməkdir ki, bu tədbirlər reallaşarsa, sadələşdirilmiş vergi ödəyiciləri mərhələli şəkildə ƏDV ödəyiciləri olacaqlar”.
Vergi uçotu təkmilləşdirilir
Ekspert qeyd edib ki, differensial ƏDV-ə keçid qiymətləndiriləndən sonra bununla bağlı qərar veriləcək:
"Əgər bu baş verərsə, o zaman sadələşdirilmiş vergi ödəyiciləri mərhələli şəkildə differensial vergi ödəyicisinə çevriləcək. Deməli, müəyyən müddətdən sonra bütün sadələşdirilmiş vergi ödəyiciləri differensial ƏDV ödəyicilərinə çevrilə bilərlər. Proqrama əsasən, bu proses 2020-ci ildə yekunlaşmalıdır. Bu zaman sadəcə hansı sektorda deyil, eləcədə dövriyyə nəzərə alınmaqla differensial ƏDV ödəyiciləri müəyyənləşdiriləcək. Məsələn, ardıcıl 12 ay 150 min manat dövriyyəsi olan sahibkar indi 4 faiz sadələşdirilmiş vergi ödəyirsə, ona dəyişikliklərdən sonra eyni faizlə, yəni 4 faiz, differensial ƏDV ödəmək təklif oluna bilər. Əslində biz təklif edirik ki, transformasiya bu meyarla həyata keçirilsin. Burada məqsəd sahibkarın vergi yükünü kəskin artırmadan vergi uçotunun təkmilləşdirilməsi və nağdsız ödənişlərin genişləndirilməsi ola bilər”.
V.Bayramovun sözlərinə görə, proqramda Azərbaycanın ƏDV dərəcəsinin nisbətən yüksək olduğu ölkələr sırasına aid olduğu bildirilir:
"Digər amillər nəzərə alınmaqla, burada da ƏDV dərəcələrinin məhsul və xidmət qrupları üzrə diferensiallaşdırılması həyata keçirilməsi təklif olunur. Bu isə o deməkdir ki, sektorlardan və dövriyyədən asılı olaraq differensial ƏDV-nin tətbiqi mümkündür və bu zaman prioritet və həssas sahələrdə daha aşağı fazli vergi tətbiq olunacaq. Qeyd edim ki, uzun illərdir differensial ƏDV-nin tətbiq edilməsini təklif etsək də, bu istiqamətdə hələlik real addımlar atılmayıb. Məsələn, tədqiqatla məşğul alan sahibkarlıq subyekti "0” faizli ƏDV-ə, prioritet sektorlarda o cümlədən turizmdə fəaliyyət göstərən müəssisələr 18 deyil, 10 faizlə ƏDV-ə cəlb oluna bilər”.
Nağd əməliyyatlar məhdudlaşdırılır?
İqtisadçı qeyd edib ki, uzun müddət müzakirələrə səbəb olan nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi də nəzərdə tutulub:
"Mövcud qaydalara əsasən, ay ərzində sadələşdirilmiş vergi ödəyiciləri 15 min, dövriyyəsindən asılı olmayaraq ƏDV ödəyiciləri 30 min manat nağdlaşdıra bilər. Mövcud qaydalar xüsusən ƏDV ödəyicilərinin fəaliyyətlərini məhdudlaşdırır.
Proqram optimal vergi yükünün tətbiqini də nəzərdə tutur. Bu isə o deməkdir ki, bəzi vergi dərəcələrinə yenidən baxılıb azaldıla bilər. Sənəddə qeyd olunur ki, vergitutma mexanizminin sadələşdirilməsi imkanları araşdırılacaq və sahibkarlıq subyektlərinin fəaliyyətində yaranacaq vergi öhdəliklərinin öncədən müəyyən edilməsi və proqnozlaşdırılmasının asanlaşdırılmasına imkan verən, bütövlükdə könüllü əməletməyə stimullar yaradan daha təkmil vergi strukturu və optimal vergi yükü formalaşdırılması məqsədilə təkliflər hazırlanacaq.
Sənədə əsasən, vergi auditinin və hesabatlılığının effektivliyinin artırılması E-auditin çərçivəsinin genişləndirilməsi, elektron mühasibatlıq sisteminintəkmilləşdirilməsi və e-audit fəaliyyətinin tezliyinin artırılması nəzərdən keçiriləcək. Bu isə o deməkdir ki, elektron audit sisteminin tətbiqin imkanlarının genişləndirilməsi həyata keçirilə bilər.
Vergi sistemi ilə bağlı digər fəaliyyət "Vahid Mühasibatlıq Sistemi”nin tətbiq edilməsidir. Sənədə əsasən, bütün vergi ödəyicilərinin "Vahid Mühasibatlıq Sistemi”nə keçidi imkanları təhlil ediləcək, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcəkdir. Kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanacaqdır. Bu isə o deməkdir ki, kiçik və orta müəssisələr sözügedən sistemə mərhələli şəkildə keçəcək və onlar üçün ayrıca miqrasiya tədbirləri reallaşacaq”.
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR