Bakıda metro keçidində şübhəli bağlama... - FHN-dən açıqlama

img

26-09-2018 [23:40]


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki metrostansiyasının keçidində şübhəli bağlama aşkarlanması ilə bağlı məlumat daxil olub.
 
Mia.az FHN-ə istinadən bildirir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub:

"Xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görüb, müvafiq qaydada bağlamaya baxış keçiriblər. Bağlamanın içində təhlükəli əşya aşkar edilməyib. Bağlama aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb".​

Digər xəbərlər
SON XƏBƏRLƏR