Bakıda sərnizin avtobusu azdı: 13 yaralı - Yenilənib

img

08-07-2013 [01:04]


Bakıda baş verən avtobus qəzasında yaralanan şəxslərin sayının 13 olduğu məlum olub. 3 saylı Şəhər Klinik xəstəxanasından APA-ya verilən məlumata görə, xəstəxanaya xəsarətlə 13 nəfər daxil olub. Xəsarət alanların 3-ü uşaqdır. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Qəza nəticəsində 1957-ci il təvəllüdlü İlyas Məmmədkərim oğlu Kərimovun idarə etdiyi ?99-DM-427? dövlət nömrə nişanlı ?Ford Transit? markalı yük avtomobili ilə, 1967-ci il təvəllüdlü Əhməd Nəsib oğlu Məmmədovun idarə etdiyi ?10-TG-065? dövlət nömrə nişanlı ?Temsa? markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində sərnişin avtobusu aşıb. Sərnişin avtobusunun sürücüsünün verdiyi məlumata görə, qəzaya səbəb avtobusda texniki nasazlığın baş verməsidir. *** 11.06 Bu gün səhər saatlarında Suraxanı rayonunda 113 saylı avtobus marşrutunun aşması nəticəsində 8 nəfər yaralanıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, yaralılardan 7-nin vəziyyəti orta-ağırdır və onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Bir yaralıya isə hadisə yerində tibbi yardım göstərilib. Qəzada ölən olmayıb. *** 10.32 Bakıda sərnişin avtobusu qəza törədib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Balandin küçəsində qeydə alınıb. 113 saylı xətt üzrə hərəkət edən ?İSUZU? markalı sərnişin avtobusu aşıb. Bakı Şəhər Təcili və Təxirə salınmaz Yardım stansiyasından baş həkiminin müavini Oqtay Şahmalıyevin APA-ya verdiyi məlumata görə, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib. İlkin məlumata görə, qəza yerinə xeyli sayda yaralı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA