Nərimanov Məhkəməsində olay yazanıb; Hakimlər təhqir olunublar

img

07-07-2013 [07:38]


Nərimanov rayon Məhkəməsində inanılmaz olay yaşanıb. Məhkəmədəki mənbələrdən məlumatda bildirilir ki, ötən ayın sonunda bir neçə şəxs məhkəmə binasının dəmir pəncərələrini kəsərək, binaya daxil olub. Məhkəmə binasına daxil olan şəxslərin məqsədi heç də oradan hansısa mühüm sənədləri oğurlamaq olmayıb. Elə hadisənin skandal mahiyyət kəsb etməsi də buradan qaynaqlanır. Daxil olan məlumata görə, məhkəmə binasına girən şəxslər binanın hər tərəfinə məhkəmə sistemini, hakimləri və onların çıxardığı qərarları hədəfə alan təhqiramiz ifadələr yazıblar. Məhkəmənin önündə polislərin keşik çəkmələrinə baxmayaraq, binaya daxil olan şəxslər koridarlara və iclas zallarına yüzlərlə təhqiramiz yazı yazıblar. Bildirilir ki, binaya girən şəxslər ötən ay Nərimanov rayon Məhkəməsinin hakimlərindən birinin çıxardığı qərara etiraz etmək üçün bu addımı atıblar. Məsələnin ictimailəşməsini istəməyən məhkəmə rəsmiləri binadakı yazıların silinib təmizlənməsi üçün təyin olunmuş bütün prosesləri təxirə salıblar. Məsələ ilə bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma başlanıb. Hadisəni törədən şəxslər axtarılır(AzNews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA