Azərbaycan və Türkiyə vətəndazları arasında silahlı insident: 4 nəfər yaralanıb

img

02-07-2013 [01:06]


Rusiya paytaxtında Azərbaycan və Türkiyə vətəndaşları arasında kütləvi dava düşüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dava zamanı travmatik silahdan istifadə edilib. Nəticədə 4 nəfər yaralanıb. Hadisə bu gün günorta saatlarında Moskvanın İzmayılovski Şosse adlanan ərazidə yerləşən kafedə baş verib. Türkiyə vətəndaşına məxsus kafedə baş verən dava zamanı dörd Türkiyə vətəndaşı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. Moskva Polis İdarəsinin yaydığı məlumatda isə dava edənlərinin sayının 20 yaxın olduğu bildirilib. Dava edənlərdən 15 nəfəri hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA