Bakıda dönərxana üçün nəzərdə tutulan ezzək əti tutuldu

img

01-07-2013 [12:40]


Bakının Müşfiqabad qəsəbəsində Güzdək yaşayış məntəqəsində satış məqsədilə olduğu ehtimal edilən at və eşşək əti tapılıb. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin ANS PRESS-ə verdiyi məlumata görə, at və eşşək ətinin miqdarı 600 kq-a yaxın olub. Onlarda dönərxanalarda istifadə edilməsinin planlaşdırılmasıda istisna edilmir. "Ətlər iki həyətdə tapılıb. Onların üzərində ayrı-ayrı adamlara ayrılmış paylar haqqında qeydlər olub. Ehtimal ki, ətlərin satış məqsədilə iaşə obyeklərində istifadəsi nəzərədə tutulub. Ətlər laboratoriyada müayinə ediləcək". Y.Xanvəlinin sözlərinə görə, bu ətlərdə qara yara xəstəliyi çöplərinin də olduğu barədə məlumat daxil olub. "Əgər xəstəlik çöpləri olmasa ətlər heyvanxanaya veriləcək. Xəstəlik aşkar edilsə isə yandırılaraq məhv ediləcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA