Jurnalist ?Səs? qəzetinə qalib gələ bilmədi; Məhkəmə yenə qəzetin xeyirinə qərar verib

img

23-06-2013 [03:26]


?Azadlıq? radiosunun əməkdaşı Xədicə İsmayılla hakim Yeni Azərbaycan Partiyasına yaxın olan ?Səs? qəzeti arasında Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda verilən qərar da qəzetin xeyrinə bitib. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Səfiyea jurnalist X.İsmayılın şikayəti üzrə keçirilən məhkəmədə Səbail Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb: ?Jurnalistin sözügedən qəzetdə barəsində dərc olunan yazının təkzib edilməsi, şərəf və ləyaqətin, həmçinin işgüzar nüfuzun müdafiəsi, o cümlədən mənəvi zərərin ödənilməsi tələbinə dair Səbail Rayon Məhkəməsinin qətnaməsindən verdiyi şikayət də təmin edilməyib. Bakı Apelyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın qərarı qəzetdən yana olub?. mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR