DIN-dən ənənəvi açıqlama; Jurnalistin evinə basqınla bağlı nazirlik müdafiə xarakterli açıqlama yaydı

img

14-06-2013 [09:35]


Xəbər verildiyi kimi, bu gün Aznews.az saytının əməkdaşı Bahar Rüstəmlinin Zərdab rayonunun Alibəyli kəndində yaşayan ailəsinin yaşadığı evə hücum edilməsi barədə məlumat yayılıb. Saytın məlumatına görə, əsasən rayonun Alıcanlı kəndinin sakinlərindən ibarət olan 30-dan çox şəxsin hücumuna səbəb saytda yayımlanan ?Zərdabda biabırçı olay: 15 yaşlı qız sürgün edilir? başlıqlı yazı olub: "Bahar Rüstəmlinin ailəsindən bildirdilər ki, sakinlər evin qapısına qırmağa cəhd edib, atasının üstünə bıçaq çəkib, ailəni təhqir ediblər, ev sahibini ölümlə hədələyiblər. Mia.az xəbər verir ki, DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Bizim Yol"a açıqlamasında bildirib ki, hadisənin kökü Bahar Rüstəmlinin ?Zərdabda biabırçı olay: 15 yaşlı qız sürgün edilir? başlıqlı yazıya gedib çıxır. "Jurnalist bu yazısında həqiqətə uyğun olmayan və əxlaqa zidd hərəkətlərdən bəhs edib. Araşdlrmalarımız nəticəsində məlum olub ki, məsələ heç də yazıldığı kimi deyil. Yazıda bildirlir ki, guya kənd sakinləri L. adlı 15 yaşlı kimsəsiz qıza əxlaqsız olduğuna görə, kəndi tərk etmək göstərişi veriblər. Hətta guya bu məsələ rayon icra hakimiyyəti səviyyəsində həll edilib və qızın əxlaqsızlıq hərəkətlərinə görə, rəsmi qaydada Zərdab Rayon Polis Şöbəsinə verilməsinə qərar verilib. Əslində isə bunların heç biri olmayıb. Yaxın qohumları polisə müraciət edərək, qızın dövlətin himayəsinə verilməsini istəyiblər. Zərdab rayon polis şöbəsi isə müraciəti müvafiq olaraq İcra hakimiyyəti nəzdindəki Azyaşlılarla iş üzrə Komissiyaya göndərib və komissiya qızın kimsəsizlər üçün təhsil və tərbiyə müəssisəsilərindən birinə verilməsi barədə qərar qəbul edib" - deyən Orxan Mansurzadə əlavə etdi ki, Bahar Rüstəmlinin yazdığı məqalənin həqiqətlə heç bir əlaqəsi yoxdur, təxribat xarakterlidir və rayonda qarışıqlıq, sakinlər arasında çaşqınlıq yaratmağa xidmət edir. "O ki qaldı jurnalistin evinə hücum olması ilə bağlı məlumatlara, qızın barəsində yazığı böhtan xarakterli məqalə, guya kənddə əxlaqsızlıq yuvasının fəaliyyət göstərməsi və digər həqiqətə uyğun olmayan məqamlar Alıcanlı kənd sakinlərinin etirazına səbəb olub və onlar da etirazlarını bildirmək üçün Bahar Rüstəmlinin atasının evinə gəliblər. Lakin iddia olunduğu kimi orada bıçaq çıxarılması və ölümlə təhdid edilməsi halları olmayıb. Hadisə yerinə polis əməkdaşları gedib və araşdırmalar aparılır" -, deyə, Orxan Mansurzadə bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA