Baz həkim generala qalib gələ bilmədi; Qalmaqal Avropa Məhkəməsinə gedəcək

img

13-06-2013 [04:56]


Dövlət Miqrasiya Xidmətinın rəhbəri, general-mayor Firudin Nəbiyevlə baş həkim arasında 30 min manatlıq qalmaqal Avropa Məhkəməsinə çıxarılacaq. Mia.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsi Lanset Cərrahlıq Klinikasının Dövlət Miqrasiya Xidmətinə qarşı şikayəti ilə bağlı qərar verib. Klinika dövlət qurumunun onlara 30 min manatlıq cərimə qərarının qanunsuz olduğunu iddia edir və bunun ləğvini tələb edirdi. Lakin iddia təmin edilməyib. Klinikanın rəhbəri tanınmış cərrah professor Fərman Ceyranlı deyib ki, həyatı boyu belə məhkəmə prosesi görməyib və ağlına da gətirməyib. Proses ildırım sürəti ilə davam edib, bir saat da çəkməyib, heç bir vəsatət təmin edilməyib, heç bir şahidin dindirilməsinə, sənəd və sübutların müzakirəsinə imkan verilməyib. Mia.az "Azadlıq.info"-ya istinadən xəbər verir ki, professor Fərman Ceyranlı əvvəldən də gerçəkliyi bildiyini və məhkəmənin ədalətli qərarına çox da əmin olmadığını bildirib. Lakin o, daha yuxarı instansiyaya şikayət verəcək: ?İnsanlar öz hüquqlarını, eyni zamanda əgər müəssisə rəhbəridirlərsə, təşkilatın və kollektivin də hüquqlarını qorumağı bacarmalıdırlar. Azərbaycan Respublikasında hüquqi, demokratik, bəşəri dövlət quruculuğundan söhbət gedirsə, bütün insanlar bu prosesə öz töhfəsini verməlidirlər. Bu, eyni zamanda məhkəmə sistemlərinin də işlərinə yaramaqla yanaşı, bir vətəndaşlıq borcudur. Konkret olaraq mənə gəldikdə isə, təəssüflərmi, yoxsa şükürlərmi olsun, bu sahədə zəngin təcrübəyə malikəm. Həmin məhkəmədə təkcə Fərman Ceyranlının deyil, bütün kollektivin mənafeyindən və hüquqlarından söhbət gedirdi. Bütövlükdə götürdükdə isə daha geniş miqyasda, yəni Dövlət Miqrasiya Xidmətinin ölkəmizdə mövcud olan müəssisələrə qeyri-qanuni, əsassız olaraq, görməmişcəsinə reketlik hərəkətlərinə qarşı bir mübarizədən söhbət gedir.? Fərman Ceyranlı deyib ki, klinika lazım gəldikdə bu işi Avropa Məhkəməsinə qədər aparacaq və ədalətli qərara nail olacağına əmindir. Eyni zamanda ictimaiyyətdən, mətbuatdan və aidiyyəti olan qurumlardan bu məsələ diqqət gözləyirlər: ? O cümlədən qurultaya hazırlaşmaqda olan Sahibkarlar Konfederasiyasına, Səhiyyə Nazirliyinə, aidiyyəti olan qeyri-hökumət təşkilatlarına müraciət edirəm. Bu proseslərdə obyektiv mövqe sərgiləyərək, işə ədalətli yanaşmaya yardımçı olsunlar. Bu təkcə Fərman Ceyranlının və Dövlət Miqrasiya Xidmətinin rəhbəri, general Firudin Nəbiyevin məsələsi olmayaraq, bütövlükdə bir sistemin problemidir. Bu məsələnin doğru həlli Azərbaycan dövlətinin marağı olmalıdır. Bu cərimə və pul davası deyil, hüquq və ədalət davasıdır?. Xatırladaq ki, Nərimanov rayon məhkəməsinin işə baxış tərzindən və qərarından narazı qalan Lanset Cərrahlıq Klinikasının kollektivi dərhal prezident İlham Əliyevə müraciət yollayıb. Müraciətdə deyilir: ?Cənab Prezident, 9 il bundan öncə Siz ilk dəfə olaraq Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürülərkən 600.000 iş yerinin açılması ilə bağlı söz vermişdiniz. Həmin təşəbbüsə qoşulan ilk müəssisələrdən biri də Lanset Cərrahlıq Klinikası olmuşdur. Kollektivimizdə 31 nəfər işçi var. Bundan başqa 30 nəfər yüksək ixtisaslı həkim də müqavilə əsasında fəaliyyət göstərirlər. Vaxtı-vaxtında vergiyə və sosial müdafiə fonduna da ayırmalar köçürülür. Dövlət Miqrasiya Xidməti tərəfindən şərlənərək müəssisəmiz heç bir hüquqi və digər səbəblər olmadan, şifahi mülahizələrə əsaslanaraq 30.000 manat cərimə edilib. Nərimanov rayon Məhkəməsi isə şikayətimizin əsasında Dövlət Miqrasiya Xidmətinin təzyiqi və təsiri nəticəsində belə ciddi bir məsələyə (müəssisəmizin taleyi həll edilir) cəmi-cümlətanı 20 dəqiqə vaxt ayıraraq heç bir tanışlıq, hazırlıq iclası aparmadan, əlimizdə olan çox saylı sübut və dəlillərlə maraqlanmayaraq heç bir şahid dindirməyərək ildırım sürəti ilə qərar qəbul edərək Dövlət Miqrasiya Xidmətinin çıxardığı sanksiyanı qüvvədə saxladı. Yaranmış problemə ədalətli müdaxilənizə ehtiyac duyuruq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA