Bakıda toyda ölüm hadisəsi oldu, məclis yarımçıq qaldı

img

10-06-2013 [11:27]


Ötən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində keçirilən toy mərasimində ölüm hadisəsi baş verib. Rayon polis İdarəsindən lent.az-a verilən məlumata görə, Badamdar qəsəbəsi, Badamdar şosesi 3 ünvanında yerləşən ?Bəyoğlu? şadlıq sarayında keçirilən toy mərasimi zamanı 1951-ci il təvəllüdlü Səfərəliyeva Aliyə Qüdrət qızının halı qəfil pisləşib. Bir neçə dəqiqədən sonra qadın dünyasını dəyişib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, artıq gec olub. İlkin məlumata görə, 62 yaşlı qadın ürək tutmasından vəfat edib. Ölüm hadisəsinə görə məclis tez yekunlaşdırılıb.#351;l

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA