Polis yol qəzasında öldü (FOTO)

img

10-06-2013 [10:26]


Quba rayonunun Barlı kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun 13-cü km-də qeydə alınıb. Xaçmaz rayon sakini, 1971-ci il təvəllüdlü Hafiz Cavadovun idarə etdiyi 90 RB 993 dövlət nömrə nişanlı, ?Niva? markalı avtomobil Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Sürücü Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. H. Cavadov Siyəzən Rayon Polis Şöbəsinin baş çavuşudur. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA