DiN-dən basqınçı dəstə ilə bağlı reaksiya; Şikayətçı isə ortada zübhəli məqamların oldugunu deyir

img

05-06-2013 [06:39]


Bakıda Puşkin və Dilarə Əliyeva küçələrinin kəsişməsində paytaxt sakini Ramin Macanov idarə etdiyi avtomobildə 4 nəfərin basqınına məruz qalıb, soyulması ilə bağlı mia.az vasitəsiylə daxili işllər naziri Ramil Usubova ünvanladığı şikayətə rəsmi reaksiya gəlib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə Mia.az-a bildirib ki, şikayətçinin polisin məsələylə bağlı hər hansı bir araşdırma aparmaması ilə bağlı dediyi fikirlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, polis əməkdaşları hadisə yerində olublar və lazımı tədbirlər görülüb: ?Şikayətçi bildirir ki, ona xəsarət yetiriblər. Bu məsələ də araşdırılıb. Təhqiqat aparılıb və xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertizaya göndərilib, rəy verilib ki, xəsarətin dərəcəsi müəyyənləşdirilməyib. Qarşı tərəfdən də izahat alınıb. Onlar insidentin baş verdiyini etiraf ediblər, amma ondan 70 manatın alınması məsələsini təkzib ediblər. Hazırda məsələ Nəsimi rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən araşdırılır. Hadisəyə istintaq orqanı tərəfindən hüquqi qiymət veriləcək?. Daxili İşlər Nazirliyinin bu açıqlamasından sonra mia.az-la yenidən əlaqə saxlayan Ramin Macanov deyib ki, hadisənin üzərindən 1 ay 2 gün keçsə də, işdə hər hansı bir yenilik yoxdur: ?Nazirlik deyir hadisəni törədənlər bəllidir. Bəllidirsə, nəyi gözləyirlər? Niyə tədbir görmək istəmirlər? İkincisi nazirlik iddia edir ki, mənim pulumu götürməyiblər. Daha doğrusu, tutulanlar guya hadisəni etiraf etsələr də, pulu götürmələrini təkzib ediblər. Görəsən, bu hadisəni törədənlərdən belə bir səmimi etiraf gözləməyə dəyərmi? Maşınımda pul da, qızıl da olub. Qızılla dəymədilər. Amma 70 manatımı da basqında apardılar?. Şikayətçi basqınçıların həbs edilməməsini də şübhəli məqamlarla əlaqələndirir: ?Açığı mən şübhələnirəm ki, bu boyda hadisə baş verdiyi halda onları niyə görə saxlamayıblar? Əgər araşdırma aparılıbsa, tədbir görülürsə, bundan zərərçəkən kimi mənim niyə xəbərim olmur? Niyə hadisəni törədənlərin şəxsiyyətləri də gizlədilir??. Sonda şikayətçi yenidən nazir Ramil Usubova üz tutub gömək istəyib: ?Cənab nazir, mən belə görürəm ki, kimlərsə mənə basqın edərək maddi və mənəvi zərər vuranları istintaqdan yüngül cəzalarla yayındırmağa çalışır. Çox xahiş edirəm, bu hadisəni şəxsi nəzarətinizə götürəsiniz. İkinci bir xahişim isə hadisənin baş verdiyi ərazidə olan görüntülərə mənim iştirakımla baxış təmin edilsin. O zaman çox gizlinlər istintaq üçün aydın olacaq?. Xatırladaq ki, Ramin Macanovun ilk şikayətini bu linkdən oxuya bilərsiniz: http://www.mia.az/news/26952.html

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA