?Hicaba məhbusları"na hökm oxundu

img

03-06-2013 [02:02]


Bu gün Nərimanov rayon Məhkəməsində Təhsil Nazirliyinin qarşısında keçirilən icazəsiz aksiyada həbs olunan daha bir qrupa hökm oxunub. Mia.az Trend-ə istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə Ramil Vəliyev 6 il 6 ay, Elşad Rzayev 6 il, Arif Fətəliyev, Vahid Lələkişiyev, Ramil Mehdiyev 2 il, Elçin Məmmədov 1 il 9 ay müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər 2012-ci ilin oktyabr ayının 5-də keçirilmiş "Hicaba azadlıq" aksiyasında həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA