03-06-2013 [12:41]
Laçın rayon Təhsil Şöbəsinin sabiq metodisti, rayonun Şeylanlı kəndindən məcburi köçkün Müqabil Baxışov mia.az-a şok şikayət məktubu ünvanlayıb. O, təkcə sabiq başçı Ramiz Cəbrayılovdan deyil, prokuror, polis və məhkəmədən də şikayətlənir. Prezident İlham Əliyevə ünvanlanmış məktubu olduğu kimi təqdim edirik:
?Laçın rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılovun qanunsuz hərəkətlərindən şikayətçi olduğum üçün müxtəlif formalı təzyiqlərə məruz qalırdım. 2012-ci ilin may ayında mətbuatda olan mütəmadi çıxışlarım R.Cəbrayılovu daha da aqressivləşdirmişdi. Hətta R.Cəbrayılov bir neçə dəfə məni qəbul edərək "səni yox etdirə bilərəm sənə yazıqım gəlir" demişdi. Lakin mən də dövlətimizə və hökumətimizə arxalanaraq inadımdan dönmürdüm. Mən hesab edirdim ki, rayonumuzda olan korrupsiya əməllərinin üstünü açmaq, asan məsələdir. Sən demə, mən yanılırmışam. Əslində, bu korrupsiya əməllərinin üstünün açılmaması üçün mənim həbsim lazım iymiş.2012-ci ilin may ayının 24-də Laçın rayon İcra Başçısının müavinlərindən biri (adını çəkmək istəmirəm) məni qəbul edib, bildirdi ki, yuxarıdan tapşırıblar ki, M.Baxışovun səsini kəsməsəniz, rayonda göstərilən faktlar araşdırılacaq. R.Cəbrayılovda bundan qəzəblənib. Yaxşı olar ki, müalicə adıyla bu ərazidən uzaqlaşasan. Mən də həyatımın təhlükədə olduğunu hiss edib həmin gün işdən azad olumağımla bağlı ərizəmi M.Vəliyevə təqdim etdim və bu barədə mətbuata müraciət etdim. 24 may 2012-ci il tarixdə "İcra başçısı məni həbs etdirmək istəyir" başlıqlı yazım bir sıra internet portallarında və xüsusən ?bolgexeber? internet portalında yayımlandı. Yaxın zamanlarda şərlənərək, həbs olunmağım barədə Baş Prokurorluqa və DİN-ə rəsmi müraciət etdim. Çox təəssüf ki, müraciətlərimə əhəmiyyət verilmirdi. 18 iyun 2012-ci il tarixdə Ağcabədi Rayon Polis şöbəsi məni həbs etdikdən sonra yenə də bütün dövlət orqanlarına şikayət ərizələri ilə müraciət edərək, sifarişlə həbs olunduğumu və bu ədalətsizliyə son qoyulmasını tələb etsəm də, başdansovdu cavablarla ədalətsizliyə şərait yaradılırdı. Üzümə durmağa məcbur edilmiş şahidlər bu ədalətsizliyə son qoyulması üçün 13 sentyabr 2012-ci il tarixdə izahat yazaraq dövlət notariat kontorunda təsdiqlədib, Ağcabədi rayon Məhkəməsinə təqdim etsələr də, həmin izahatlar məhkəmənin sədri X.Fərhadov tərəfindən gizlədildi (izahatların surətləri məndə var). Əsas şahid qismində dindirilmiş ?Aqroinvest? kredit ittifaqının məsul işçisi Əsgərov Fərhad Nazim oğlu izahatında göstərir ki, M.Baxışov V.Mehdiyevi döyməyib. İlkin ifadəmi verərkən təzyiq altında olduğumdan düzgün verməmişəm. Xahiş edirəm, nəzərə alın. Təsəvvür edin ki, məhkəmə prosesi zamanı bütün şahidlər eyni formada ifadə versələr də, bu protokolda öz əksini tapmırdı və hətta şahidlər X.Fərhadov tərəfindən qorxudulurdu. Mən Ağcabədi rayon məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli qərarı ilə 3 il şərti cəza ilə azadlığa buraxıldıqdan 2-3 gün sonra məndən şikayətçi olmuş V.Mehdiyev öz həyat yoldaşı ilə Ağcabədi şəhərində məskunlaşdığım evə gəldi. V.Mehdiyev bildirdi ki, sənin həbsində mənim günahım yoxdur. Məni Laçın və Ağcabədi icra başçıları məcbur edirdilər. Bundan əlavə V.Mehdiyev mənə yalvarırdı ki, mənim xətrimə R.Cəbrayılovla barış. Belə etməsən, məni apellyasiya şikayəti verməyə məcbur edəcəklər. Bundan başqa V.Mehdiyevin istəyi ilə 3-4 dəfə atam və qardaşımla restoranda görüşümüz oldu və bütün baş verənlərlə bağlı V.Mehdiyev ətraflı məlumat verdi. V.Mehdiyevin istəyi ilə bir neçə dəfə R.Cəbrayılovun qəbulunda oldum. Hətta rayon polis şöbəsinin rəisi M.Kərimovun vastəsiylə təkbətək görüşlərimiz oldu. Bu görüşlərin birində M.Kərimovun yanında R.Cəbrayılov mənə bildirdi ki, səni mən həbs etdirdim. Bu addımı atmağa məni özün məcbur etdin. Amma unutma ki, sonda yenə sənin şərti cəza ilə azadlığa buraxılmağını da mən xahiş etdim. Sənə şərti cəzanı ona görə verdirmişəm ki, ağıllı olasan. Məndən birdə şikayətçi olsan, səni təzədən həbsxanaya yollayacağam. Əgər özünü yaxşı aparsan, səni rayon məşğulluq mərkəzinə müdir təyin edəcəyəm. Lakin aramızdakı sövdələşmədə bir neçə qaranlıq məqam qalırdı. R.Cəbrayılovun birinci şərti atam Baxışov Baxışın Ağcabədi rayon məhkəməsinin sədri X.Fərhadova verdiyi pulları geri istəməmək oldu. İkinci şərti mənə faktları verən məmurun kimliyini demək oldu. Üçüncü şərt isə iqtisadi məsələlər üzrə müavini A.Nəzərlidən və Rayon TŞ-nın müdiri M.Vəliyevdən şikayətçi olmağım oldu. Hətta R.Cəbrayılov bu görüşdə mənə bildirdi ki, mənim kadr siyasətim rayon sakinlərini məndən narazı salır. Amma heç kimə demək olmur ki, bu işlərə məni Abşeron rayonun İcra Başçısı Z.Fərəcov məcbur edir. A.Nəzərli və M.Vəliyev Z.Fərəcovun yaxın qohumlarıdır. Sən mənə köməklik et, M.Vəliyevi ?vurum?. Bununda qarşılığı sənə müdirlik verəcəyəm və şərti cəzanı üzərindən götürdəcəm. İstər A.Nəzərlidən, istərsə də M.Vəliyevdən heç bir narazılığım olmadığı üçün bu təklifi qəbul etmədim. Bu görüşümüzdən sonra Laçın Rayon PŞ-nın rəisi M.Kərimov mənimlə başqa bir yerdə görüşərək bildirdi ki, bu günə kimi sənin sifarişlə həbs olunmağına inanmırdım. Amma R.Cəbrayılovun bu səmimi etirafı məni məcbur etdi ki, sənə köməklik edim. M.Kərimov V.Mehdiyevə zəng edərək onu da çağırdı. V.Mehdiyev gələndə M.Kərimov ona bildirdi ki, mənim bütün olanlardan xəbərim var. R.Cəbrayılovun təziqindən qorxma. Apellyasiya şıkayətini geri götür.V.Mehdiyevdə öz növbəsində M.Kərimova bildirdi ki, R.Cəbrayılov öz vəkili Nüşabə xanımı vəkil göndərib ki, Müqabilin həbsinə nail olsu. Mən də bunu istəmirəm, rəhbərimdə mənə deyib ki, bu oyundan qurtar. Amma R.Cəbrayılovdan və Ş.Məmmədovdan qorxuram. Bu söhbətlər əsnasında M.Kərimov V.Mehdiyevi razı sala bildi.V.Mehdiyev bu görüşdən sonra 08.01.2012-ci il tarixdə Ağcabədi rayon mərkəzi poçtundan Şirvan Apellyasiya məhkəməsinə teleqramla müraciət edərək şikayətini geri götürdüyünü və ərizəsini nəzərə almağı xahiş etdi.
Çox təəssüf hissiylə qeyd edirəm ki, dediklərimi sübut edəcək kifayət qədər təkzibolunmaz maddi sübutlar olduğu halda, aidiyyatı dövlət orqanları hələ də susur. Mən dəfələrlə yazmışam ki, Ağcabədi rayon məhkəməsinin sədri X.Fərhadov azadlığa buraxılmağım qarşılığında atam Baxışov Baxışdan rüşvət qismində bütün əmlakımızı alıb. Ağcabədi RPŞ-nın müstəntiqi Y.İsgəndərov qardaşım Baxışov Bəhruzun adını istintaqdan çıxartmaq üçün 10000 (on min) manat atamdan pul alıb. Bu günə kimi maraqlanan olmayıb.Yuxarı orqanlara yazdığım şikayət ərizələri Ağcabədi rayon prokurorluğuna göndərilir və bu orqanda dəfn edilir. Baş Prokurorluq və DİN gözləyir ki, Ağcabədi polisi bu dəfədə evimdən tank tapsın, cibimdən narkotik çıxarsın, sonra həbs etsin.
Mən sizin portalınız vasitəsiylə eyni zamanda beynəlxalq hüquq təşkilatlarının Azərbaycan Respublikasındakı nümayəndəliklərinə, müstəqil hüquqşünaslara və bütün mətbuat orqanlarına müraciət edirəm. Dediklərimi araşdırın, mənə köməklik edin. Hüquqlarımı pozmuş məmurları dövlət orqanlıarı cəzalandırmasa da, mərhəmətli və böyük ALLah cəzalandıracaq?.