Ermənilər atəzkəsi pozublar

img

03-06-2013 [10:03]


Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində və Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Qaralar kəndi yaxınlığında yerləşən mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA