DYP-dən isa Qəmbərlə bağlı olaya rəsmi açıqlama gəldi

img

31-05-2013 [12:47]


Müsavat Partiyasının başqanı İsa Qəmbərin olduğu avtomobil sürət həddini aşdığına görə Qəbələ rayonunda yol polisi tərəfindən saxlanılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Şöbə rəisinin verdiyi məlumata görə, həmin avtomobil Qəbələ rayonu ərazisindən keçərkən sürət həddini aşdığına görə radara düşüb və buna görə də yol polisi əməkdaşları tərəfindən saxlanılıb: "Həmin avtomobilin ilkin saxlanılma səbəbi sürət həddinin aşılması olub. Yoxlama zamanı müəyyən edilib ki, həmin sürücünün avtmobili idarə etmək üçün ona verilən etibarnamənin müddəti bitib. Nəqliyyat vasitəsinin sahibi isə avtomobildə olmadığına görə, bu səbəbdən avtomobil mühafizə olunan duracağa yerləşdirilib". Qeyd edək ki, avtomobil İsa Qəmbərin deyil, başqa şəxsin adınadır. *** Müsavat Partiyasının başqanı İsa Qəmbər Zaqatalaya səfər edərkən polis tərəfindən saxlanılıb. Bu barədə Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı sosial şəbəkələrdə məlumat yayıb. Məlumatda bildirilir ki, İsa Qəmbərin hərəkət etdiyi maşını Qəbələ yolunda yol polisi saxlayıb: ?Artıq 30 dəqiqədən artıqdır ki, hərəkət etməyə imkan vermirlər. İsa bəy Arif Hacılının anasının il mərasimində iştirak etmək üçün Zaqatalaya gedir?. *** Rauf Arifoğlu Facebook hesabında qeyd edib ki, İsa bəyin maşınını cərimə meydançasına aparıblar: ?Hamımız bir maşına yerləşdik, yola davam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA