Bu ay Azərbaycanda 9 nəfəri ilan sancıb

img

30-05-2013 [01:19]


Son bir ay ərzində ölkə üzrə 9 ilan sancması hadisəsi qeydə alınıb. Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, mərkəzə ilan sancması diaqnozu ilə 9 xəstə gətirilib. Onun sözlərinə görə, onlardan 8 nəfəri ilkin yardım edildikdən sonra evə buraxılıb: ?Lakin bir uşaq ilan dişləməsindən sonra hələ də mərkəzdə müalicə alır. Ayağı şişkin olduğu üçün onunla cərrahlar məşğul olur. Fizulidən gətirilən xəstənin 13 yaşı var?. Ötən ilin müvafiq dövrü ilə müqayisəyə gəlincə, A. Maqsudov qeyd edib ki, bu ilin may ayında ilan sancması hadisələrinin sayı azdır. Qeyd edək ki, ötən ilin may ayında 14 belə hadisə qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA