Bakıda qayın qardazı arvadını öldürdü

img

30-05-2013 [10:23]


Bakıda 30 yaşlı qadın qaynı tərəfindən öldürülüb. Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 29-da saat 23:00 radələrində Maştağa qəsəbəsi Mirəliyev küçəsi 82 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Quliyeva Əzəmət Nurəddin qızının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. 30 yaşlı qadının bıçaqlanaraq qətlə yetirildiyi müəyyən edilib. İstintaq zamanı məlum olub ki, onu öldürən qaynı, 1967-ci il təvəllüdlü Quliyev Rəfail Balakərim oğludur. Quliyev şübhəli şəxs qismində saxlanılıb. Sabunçu rayon Porkurorluğundan Cinayət Məcəlləsinin 121.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA