Milli orduda daha bir ağır cinayət: əsgəri öz əsgər yoldazını qana boyadı

img

25-04-2013 [10:13]


Milli orduda daha bir ağır cinayət hadisəsi baş verib. Belə ki, əsgəri öz əsgər yoldaşını qana boyayıb.Mia.az AzNews.az-a istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Bakıda yerləşən ?N? saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri 18 yaşlı Xəyyam Asif oğlu Bayramov əsgər yoldaşı, 19 yaşlı Kamran Firdovsi Məmmədovu bıçaqlayıb. K. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisənin motivi məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Qeyd edək ki, K. Məmmədov Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA