Rektorun bacısı oğlunun həbsinin təfərrüatı açıqlandı

img

16-04-2013 [08:57]


Lənkəran Dövlət Universitetinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə həmin ali təhsil müəssisəsinin tələbəsinin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, müəyyən edilib ki, universitetin tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayev xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar həmin universitetin tələbəsindən xəstəliyinə görə akademik məzuniyyət verilməsi üçün 500 manat məbləğində rüşvət tələb edib. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Q.Ağayev aprelin 15-də xidməti otağında tələbədən 400 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 311.1.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Q.Ağayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.#305;b. Ba

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA