Azərbaycanda ordu generalı ilə "döyüzən" tanınmız eksperti döydülər - Yenilənib

img

03-04-2013 [09:04]


Hərbi ekspert Yaşar Cəfərliyə hücum olub. Bu barədə məlumatı "Deyerler.org"a Yaşar Cəfərli özü verib. Onun sözlərinə görə, evinə gedərkən bir qrup şəxs binanın önündə ona hücum çəkərək döyüblər. Qonşuların köməkliyi ilə Yaşar Cəfərlini hücum edən şəxslərin əlindən almaq mümkün olub. Hücum edənlərdən biri qonşular tərəfindən saxlanılaraq 29-cu polis bölməsinə təhvil verilib. Yaşar Cəfərli 29-cu polis bölməsində olub və hadisənin necə baş verməsi barədə polisə məlumat verib. Yaşar Cəfərli deyib ki, ona qarşı hücum Müdafiə Nazirliyi tərəfindən təşkil olunub. Qeyd edək ki, Yaşar Cəfərli Müdafiə Naziri Səfər Əbiyevi ordunu düzgün idarə edə bilməmədə, vəzifə səlahiyyətlərindən sui istifadədə və digər məsələlərdə ittiham edir və bununla bağlı mətbuatda daim tənqidi çıxışlar edir. *** Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsindən Y.Cəfərliyə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri tutulub. Amma nə tutulan, nə də hadisənin motivi haqda məlumat verməyiblər. Xatırladaq ki, Y.Cəfərli hadisə ilə bağlı bu gün saat 14.00-da EOZB-nin ofisində mətbuat konfransı keçirəcəklərini bəyan edib. *** Bakıda hərbi ekspertə hücum etməkdə şübhəli bilinərək tutulan şəxsin adı açıqlanıb. Bu barədə APA -ya hücuma məruz qalan hərbi ekspert, Ehtiyatda Olan Zabitlər Birliyinin rəhbəri Yaşar Cəfərli məlumat verib. Y. Cəfərli bildirib ki, ona hücum edən şəxslərdən biri Elxan Hacıyevdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA