Ramil Usubov polisdən zikayət edən 9 rayonun sakinləri ilə görüzdü

img

20-04-2013 [05:42]


Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar aprelin 19-da və 20-də Şəki şəhərində növbəti qəbul keçirib. Mia.az DİN-in internet saytına istinadən xəbər verir ki, iki gün ərzində Polis Şöbəsində Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ rayonlarında yaşayan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış Kəlbəcər, Laçın və Xocalıdan olan məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir vətəndaşları dinləyib, onların müraciətlərinin operativ şəkildə həll edilməsi üçün aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər naziri tərəfindən qəbul edilən 61 nəfərin müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həllini tapıb, polis fəaliyyətinə aid olmayan 15 ərizəyə baxılması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı, onların obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi nəzərə çatdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA