Həbsdə olan ?Texnikabank?ın sabiq müdiri xəstəxanaya yerləzdirildi

img

24-04-2013 [04:20]


Bakı Ağır Cinayətlər Məhkəməsində ?Texnikabank?ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, Yasamal filialının həbsdə olan sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov və digərlərinin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. APA-nın məlumatına görə, buna səbəb təqsirləndirilən şəxslərdən olan Azər Cəfərlinin səhhətində yaranmış problem olub. A. Cəfərli infarkt keçirib və dərhal müalicə müəssisəsinə yerləşdirilib. Bunun üçün də proses qeyri-müəyyən vaxtadək təxirə salındığı bildirilib. Xatırladaq ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən E. Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib. E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır. Qeyd olunan cinayət işi üzrə ümumilikdə 25 nəfər təqsirləndirilən şəxs var.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA