Prokurorluqdan Lənkərandakı əməliyyatla bağlı açıqlama

img

16-04-2013 [12:36]


Xəbər verdiyimiz dünən gecə saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lənkəran Dövlət Universitetində əməliyyat keçirib. LDU-nun rektoru Asəf Isgəndərovun köməkçisi, universitetdə Tərbiyə və tədris işləri üzrə prorektor olan Qorxmaz Ağayev həbs olunub. Qeyd edək ki, Qorxmaz Ağayev rektorun yaxın qohumu olub. Artıq Baş Prokurorluqdan da sözügedən hadisəyə münasibət bildirilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, aprelin 15-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayev şübhəli şəxs qismində tutulub. Sultanovun sözlərinə görə, fakt üzrə cinayət işi başlanıb, təfərrüatlarla bağlı tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA