Cəlilabadda məktəbli itkin düzüb, 20 gündür ki, ondan xəbər almaq mümkün deyil

img

16-04-2013 [02:20]


Cəlilabadda məktəbli itkin düşüb. ANS PRESS-in məlumatına görə, Cəlilabad rayon sakini 1995-ci il təvəllüdlü Quliyev Şəmil Şahlar oğlu martın 27-də evdən çıxıb və geri qayıtmayıb. 11-ci sinif şagirdi martın 30-da və aprelin əvvəlində bir dəfə anasına mesaj yazaraq ondan narahat olmamasını və işə düzəldiyini bildirib. O, həmçinin anasına pul göndərəcəyini də yazıb. Yaxınlarının bildirdiyinə görə, Şəmil Quliyevin ailədə heç bir problemi olmayıb. 2 il əvvələ qədər Rusiyada yaşayan ailə Azərbaycana sonradan köçüb və Cəlilabadda məskunlaşıb. Atası Rusiyada yaşasa da, Şəmilin pasportu və doğum haqqında şəhadətnaməsi evdə olduğundan onun Azərbaycandan çıxması ehtimal olunmur. Ailəsinin sözlərinə görə, onların maddi cəhətdən heç bir problemi olmayıb və hər hansı psixoloji problemi olmayıb. Şəmil Quliyevin tamamilə sağlam olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA