Universitetdə əməliyyat keçirildi, rektorun köməkçisi olan bacısı oğlu həbs olundu

img

16-04-2013 [10:20]


Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi dünən Lənkəran Dövlət Universitetində əməliyyat keçirib. Lənkəran sakinlərinin ?Qafqazinfo?ya verdiyi məlumata görə, LDU-nun rektoru Asəf Isgəndərovun köməkçisi Qorxmaz Ağayev həbs olunub. Sakinlər bildiriblər ki, Qorxmaz Ağayev hazırkı rektor Asəf Isgəndərovun köməkçisi olmaqla yanaşı, həm də bacısı oğludur. Mediada tez-tez gündəmə gələn rektorun hətta bu yaxınlarda həbs olunacağı barədə də məlumat yayılmışdı. Qeyd edək ki, dünən gecə saatlarında LDU-da baş verən əməliyyatla bağlı rəsmi məlumat verilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA