Məhkəmə prokuror müavininə "yox" dedi

img

14-04-2013 [08:35]


Ağcabədi rayon prokuroru Salman Səmədovun müavini Əsgər Bəkirovun Baş Prokurorluqdan əmək haqqı, əmək məzuniyyətlərindən istifadə edilməməsi ilə əlaqədar kompensasiyanın ödənilməsini tələb edən şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesi bitib. Mia.az-ın xəbərinə görə, Ə.Bəkirov Baş Prokurorluğa qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə iddia qaldırsa da, həmin məhkəmə instansiyası onun iddiasını təmin etməyib. Aldığımız məlumata görə, Ə.Bəkirov həmin məhkəmə instansiyasının qərarından apellyasiya verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərarından verilmiş şikayətin Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraata qəbul edilib və işə hakim Ülvi Mayılovun sədrliyi ilə baxılır. Son məlumatda bildirilir ki, hakim Ülvi Mayılov Əsgər Bəkirovun Baş Prokurorluğa qarşı əmək haqqı və sair tələblərindən bəhs edən şikayəti üzrə aprelin 10-a proses keçirib və qərarını elan edib: "Hakim 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, prokuror müavinin tələblərini əsassız sayıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA