Qobustanda məhbuslar aclığa bazladı

img

18-04-2013 [03:20]


10 gün əvvəl Qobustan həbsxanasından ombudsman Elmira Süleymanovaya müraciət edən ömürlük məhbuslar aprelin 18-də aclıq aksiyasına başlayıblar. Ömürlük məhbus Əli Quliyevin imzaladığı həmin müraciətdə deyilirdi: ?1998-ci il fevralın 10-da Milli Məclisin qəbul etdiyi qanunla ölüm hökmü ləğv olunub və həmin sənədin 4-cü bəndi vaxtilə ölümə məhkum edilmiş şəxslərin cəzasının ömürlük həbslə əvəzlənməsini nəzərdə tutub. Milli Məclisin öz səlahiyyətlərini aşaraq, məhkəmə hakimiyyətinin səlahiyyətlərini mənimsəyərək bizə təyin etdiyi ömürlük həbs cəzası Azərbaycan qanunvericiliyinə, tərəfdarı olduğumuz beynəlxalq hüquq normalarına, Avropa İnsan Hüquqları Konvensiyasına tamamilə ziddir. Cinayət qanununun zamana görə qüvvəsi hüquqi prinsipinə və 2000-ci il sentyabrın 1-nə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən, bizim hər birimizin işinə məhkəmədə fərdi qaydada baxılmalı, 15 il azadlıqdan məhrumetmə cəzası kəsilməli və yaxud prezidentin əfv sərəncamı qaydasında 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası verilməli idi. Nəzərinizə çatdırıram ki, indiyə qədər bizim ömürlük məhkum olunduğumuza dair heç bir məhkəmə qərarı yoxdur. 1998-ci il fevralın 10-da ölüm cəzası altında olan 128 nəfərdən indiyə yalnız 77 nəfəri sağ qalıb. Onların arasında bir çox ağır xəstələr, yaşı 70-i, hətta 80-i ötmüşlər, görmə qabiliyyətini tam itirmiş I qrup əlil də var. Pozulmuş hüquqlarımızın bərpası üçün dəfələrlə prezidentə, Milli Məclisin komitə sədrləri Əli Hüseynli, Rəbiyyət Aslanova, Səməd Seyidova, insan hüquqlarını qoruyan yerli və beynəlxalq təşkilatlara, həmçinin Sizə müraciətlər etməyimizə baxmayaraq heç bir ölçü götürülməyib. Məhz bu səbəbdən də müraciətimizdə qeyd olunan qanun pozuntusunun həllinə dair verəcəyiniz müvafiq cavaba qədər müddətsiz aclıq aksiyasına başlayırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA