Restoranda silahlı insident törədən zəxs tutuldu

img

13-04-2013 [04:43]


Ötən gün Ağdaşda silahlı insident törətmiş Şöhrət Həsənov həbs olunub. Daxili İşlər Nazirliyinin məlumatına görə, münaqişə zəminində bir neçə nəfərə pnevmatik tapança ilə atəş açan Ş.Həsənov və Şakir Səmədov köməyə çağırıdıqları Ağdaş rayon sakini Pərviz Ağayevə məxsus "HERTON" markalı avtomaşında hadisə yerindən gediblər. Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşın Ləki qəsəbəsi ərazisində saxlanılıb. Şöhrət Həsənov, Şakir Səmədov və Pərviz Ağayev tutulublar. Avtomaşına baxış zamanı 1 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanmışdır. İlkin yoxlama prokurorluq tərəfindən aparılır. Xatırladaq ki, aprelin 12-də Ağdaş rayonunun Ləki qəsəbəsindəki "Ləki" restoranında Qolqəti kənd sakini Şakir Səmədov, Ucar rayon sakini Mehman Məmmədov, Göyçay rayon sakinləri Etibar Qasımov, İlqar Əliyev və Rusiya Federasiyası vətəndaşı Şöhrət Həsənov arasında münaqişə baş vermişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA