Azərbaycanda ağır yol qəzası

img

11-04-2013 [10:32]


Azərbaycanın Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) növbətçi hissəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 10-da saat 20.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü Sakit Qadir oğlu Bayramovun idarə etdiyi ?VAZ-2107? markalı, 42 BM 987 dövlət nömrə nişanlı avtomobil Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Cavanşir Fəyaz oğlu Tahirovun idarə etdiyi ?VAZ-21074? markalı, 10 GL 595 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə ?VAZ-21074?-nin sərnişini, rayonun Vilvan kənd sakini, 1981-ci il təvəllüdlü Qadir Məhərrəməli oğlu Rzayev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Həmin avtomobilin sürücüsü ilə digər avtomobilin sərnişinləri - Lənkəranın Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü İdrak Salman oğlu Paşayev və Osakücə kənd sakini, 1969-cu il təvəllüdlü Arzu Əsəd oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Müalicə-Diaqnostika mərkəzinə yerləşdiriliblər. Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.#305;

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA