Yazar Cəfərlini döyənlər hərbiçi çıxdı

img

05-04-2013 [08:04]


Hərbi ekspert Yaşar Cəfərlini aprelin 2-də axşam saatlarında döyən şəxslər hərbi qulluqçular olub. Bu haqda ekspert özü açıqlama verib. Y.Cəfərli deyib ki, hadisə ilə bağlı aprelin 5-də saat 18 radələrində Yasamal rayon prokuroru Həsrət Pirməmmədovun qəbulunda olub: ?Həsrət müəllim mənə elan etdi ki, mənə hücum edən və döyən şəxslər hərbi qulluqçular olub?. Qeyd edək ki, Y.Cəfərliyə hücum edən şəxslər iki nəfər olub. Ekspert ətrafdakı adamların köməkliyi onlardan birini saxlayaraq 29-cu polis bölməsinə təhvil veriblər. Bəlli olub ki, həmin şəxs Elxan Hacıyev adlı vətəndaşdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA