Bakıda valyutadəyizmə məntəqəsində qan töküldü

img

14-03-2013 [08:51]


Bakının Nəsimi rayonu ərazisindəki valyutadəyişmə məntəqəsində qanlı hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Cavadxan küçəsində naməlum şəxs valyutadəyişmə məntəqəsinə gəlib. Orada işləyən 57 yaşlı Valeh İsmayılova çoxsaylı bıçaq zərbələri endirib. Valeh İsmayılova ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti olduqca ağırdır. Hadisəni törədən şəxs hadisə yerindən qaçsa da, onun görünüşü təhlükəsizlik kameralarına düşüb. Polis həmin çəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirir(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA